Bldiyiniz kimi deyilənlərə görə tarif şurası əhalinin gəlirlərinin yüksəlməsini nəzərə alaraq Sentyabr ayından metro gediş haqlarını 100% bahalaşdıraraq 40 qəpik edəcək. Ancaq narahat olmayın bu həyatda bircə ölümə çarə yoxdu, sizin üçün 5 həll yolu tapmışıq

1. Piyada gəzin

Piyada gəzin

Əslində Tarif şurası bu qərarı verərkən sizi düşünüb. Siz heç bilirsiz gəzmək insan sağlamlığına nə qədər xeyirdir? Bütün günü avtobus, metro sağlam həyatdan uzaqlaşırdız. İndi bu şəraiti yaradıblar daha nə istəyirsiniz? Bolluca gəzin.

2. Velosiped alın

Velosiped alın

Gəzmək biraz vaxt aparır? Onda velosiped alın. Onsuz metroya o qədər pul verəcəksiz, o pulun birazını yığın velosiped alın. Ayaq əzələləriniz inkişaf edər. Bundan əlavə isti yay aylarında kondisioneri işləməyən metroya minməkdənsə velosipedə minin hərəkət etdikcə üzünüzə hava dəysin. Oğlanlar da bir-iki hərəkət öyrənsin, bəlkə qız-mız tutarlar.

3. Maşın alın

Maşın alın

Pedalları da fırlatmağa ərinirsiz? Sizin kimi tənbəllərçün day keçib maşın alın. Elə metroya verdiyiniz pulları yığsaz pisdən yaxşıdan maşının aylıq kredit pulunu verərsiz. Benzin pulunu da arada taksi kimi işləyib çıxararsız. Əgər Sumqayıtda ya Bakı ətrafı ərazilərdə qalırsınızsa səhərlər və axşamlar manatdan adam da yığa bilərsiniz. Krediti ancaq dollarla verirlər, bəs devalvasiya olsa nə olacaq deyə gileylənirsiniz? Əşşi biz dözümlü xalqıq, ikisinə dözmüsünüz, üçüncü sizə neyləyə bilər e? :D

4. Yeməyi azaldın

Yeməyi azaldın

Yox mən metrodan əl çəkmərəm, mütləq metroya minməliyəm deyirsiz? Onda boğazınızdan kəsin, qardaş. Az yeməklə ölməzsiz. Soruşan olsa deyərsiz "diyeetadayam". Az yeməklə siz kanalizasiya, su xərclərinə də qənaət edib hətta qabağa düşə bilərsiniz.

5. İş yerinizi, uşaqların məktəbini, universitetinizi və ya evinizi dəyişin.

İş yerinizi, uşaqların məktəbini, universitetinizi və ya evinizi dəyişin.

Evinizi ya da gündəlik gedəcəyiniz yerləri dəyişin. Çalışın yaxın olsun hamısı bir-birinə rahat piyada gedib-gələ biləsiniz. Bu sizin yol xərclərinizi bir dəfəlik aradan qaldıracaq. Lap mümkünsə natural təsarufata keçin. Evdə bağ-bostan salın, özünüz yetişdirib-özünüz yeyin. Ulu babalarımız işə gedib-gəlib bəyəm?

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)

Facebook Rəyləri



Kenquru İstifadəçilərinin Rəyləri