Bəzən qarşımıza elə filmlər çıxır ki, onları bir dəfə izləməklə sonluğu tam olaraq anlamaq mümkün olmur, Əgər siz də belə film axtarışındasınızsa və möhtəşəm senari və sonluq görmək istəyirsinizsə bu filmləri izləməyə çalışın ( P.S Əgər bir dəfəyə qabağa vermədən hər şeyi başa düşsəniz siz dahisiniz :D ) Şəkillərin altında trailer linklər verilmişdir

1. Zodiac ( imdb 7.7 )

Zodiac ( imdb 7.7 ) https://www.youtube.com/watch?v=q6q_MfcDEEE

Film 33 ildir seri qətllər törədən və polisin ən çox axtardığı adlar siyahısında birinci olan Zodiac adlı seri qatildən bəhs edir. Əsl peşasi karikatür olan Robert Graysmith qatili yaxalamaq üçün onun göndərdiyi sirli mesajları açmağa çalışır. Film real hadisələr əsasında çəkilmişdir.

2. Gone Baby Gone ( imdb: 7.7 )

Gone Baby Gone ( imdb: 7.7 ) https://www.youtube.com/watch?v=itPTyd3DkEw

Boston şəhərindəki bir qəsəbədə 4 yaşlı qızın itkin düşməsi və uzun müddətli axtarışlara baxmayaraq tapılmaması hər kəsin ondan əl üzməsi ilə nəticələnir. Lakin bostonlu 2 detektiv təslim olmur və qızı tapmaq üçün yeni ipucları axtarmağa başlayırlar.

3. İdentity ( imdb: 7.3 )

İdentity ( imdb: 7.3 ) https://www.youtube.com/watch?v=S8fjyxM7DgU

Yağışlı və tufanlı hava səbəbindən bir-birlərini tanımayan 10 şəxs təsadüfən ən yaxın moteldə qarşılaşırlar və gecəni burada keçirməyə məcbur olurlar. Lakin bu 10 şəxs müəmmalı şəkildə qətlə yetirilməyə başlayırlar və qatilin kim olduğunu müəyyən etmək heç cür mümkün olmur. Əmilinklə deyə bilərəm ki, bu mistika janrında izlədiyim ən möhtəşəm filmlərdəndir.

4. 12 Monkeys ( 8.1 )

12 Monkeys ( 8.1 ) https://www.youtube.com/watch?v=15s4Y9ffW_o

Film 90-cı illərin ən çox səs gətirən filmlərindəndir. Baxmayaraq ki, biraz köhnə filmdir ancaq əvəzolunmazlar siyahısındadır. Filmdə hadisələr 2035-ci ildə\cərəyan edir. 1997-ci ildə yaranmış ölümcül virus bütün dünyanı məhv etmişdir və çox az saö qalan insanlar yer altında sığınaqlarda yaşamaqdadır. Yeni kəşf olunan texnologiya sayəsində onlar keçmişə qayıda bilir və virus haqqında məlumat toplamaq üçün keçmişə məhbuslardan birini göndərirlər. Brad Pittin gözəl roluna görə baxmağa dəyər.

5. Predestination ( imdb: 7.4 )

Predestination ( imdb: 7.4 ) https://www.youtube.com/watch?v=-FcK_UiVV40

Sirli bir təşkilata çalışan agent 1975-ci ildə bir terrorist tərəfindən törədilən və 11000 nəfərin ölümünə səbəb olan terror aktından sonra həmin terroisti tapmaq üçün keçmişə qayıdır və zamanda səyahət edir. 

6. Memento ( imdb: 8.5 )

Memento ( imdb: 8.5 ) https://www.youtube.com/watch?v=0vS0E9bBSL0

Bu film indiyə qədər çəkilmiş filmlər arasında top 50-likdədir. Leonard həyat yoldaşını qətlə yetirmiş şəxsi tapıb intiqam almaq arzusundadır. Lakin o nadir bir xəstəlikdən əziyyət çəkir və yalnız bir neçə dəqiqə öncə baş verənləri xatırlaya bilir.

7. The Usual Suspects ( imdb: imdb 8.6 )

The Usual Suspects ( imdb: imdb 8.6 ) https://www.youtube.com/watch?v=oiXdPolca5w

San Pedro limanında partlayan bir gəmini araşdıran polis gəmidə 27 cəsəd və 91 milyon dollarlıq bir çanta tapır.Hadisədən sağ qalan yeganə 2 insandan biri bədəni yanıqlarla dolu macar terrorist və digəri Kint adlı muzdlu killerdir.Kint 6 həftə öncəsindən baş verənlərı polislərə danışar və hadisənin sirləri üzə çıxar. Bu film də şah əsərlərdən sayılır.

8. Shutter İsland ( imdb: 8.1 )

Shutter İsland ( imdb: 8.1 ) https://www.youtube.com/watch?v=5iaYLCiq5RM

Dkaprionun sözsüz ən gözəl filmlərindəndir. Filmdə 2 polis detektivi Shutter adasında yerləşən bir ruhi xətəxanada müalicə alan bir ruhi xəstənin itməsi ilə birlikdə həmin adaya yollanırlar. Lakin zaman keçdikcə işlər daha da çətinləşir və itən xəsətəyə aid heç bir ipucu tapılmır.

9. Gone Girl ( imdb: 8.1 )

Gone Girl ( imdb: 8.1 ) https://www.youtube.com/watch?v=Ym3LB0lOJ0o

Nick və Amy xoşbəxt bir çütlükdür və evliliklərinin 5 illiyini qeyd etməyə hazırlaşır. Lakin Amynin qəflətən yoxa çıxması bütün işləri alt-üst edir.Çaşqınlıq içində qalan Nick günahkar olmasa da bütün şübhələri öz üstünə çəkir.Lakin Amydən bir xəbər yoxdur və həyatda olub-olmadığl da bilinmir

10. Prisoners ( imdb: 8.1 )

Prisoners ( imdb: 8.1 ) https://www.youtube.com/watch?v=bpXfcTF6iVk

Dovers və Birches ailəsi hər şeyin yolunda getdiyi bir vaxt gələn bir xəbərlə sarsılırlar.Belə ki, ailələrin 2 qızı qəflətən iktin düşür və uzun müddət keçməsinə baxmayaraq onlardan xəbər alınmır.Polislərin axtarışlarının bir nəticə vermədiyini görən qızlardan birinin atası Keller Dover qızının axtarışına çıxır və bu yolda ona detektiv Loki kömək edir.

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)

Facebook Rəyləri



Kenquru İstifadəçilərinin Rəyləri