Aldadılmaq insanı ən çox ağrıdan duyğuların başında gəlir. Bəs aldadılmaq ağrısından ən tez necə qurtulmaq olar?

1. Niyə?

Niyə?

Aldadılmaq məsələsi istər kişi, istərsə də qadın tərəfindən edilən və tarix boyu insanların qarşılaşdıqları faktlardan biridir. Bununla yanaşı, heç şübhəsiz çox da ağrıdıcı bir hissdir.

2. Vaxt ən yaxşı dərmandır

Vaxt ən yaxşı dərmandır

O qədər dərin bir hissdir ki, sanki daxilinizdə yeni bir orqan peydah olur və davamlı qanayar və sızladar. Bəzən, ziyarətinə xüsusilə də uzun müddətli münasibətlərdə və evliliklərdə öhdəsindən gəlməsi olduqca çətin bir məsələdir. Hər şeydə olduğu kimi, bu məsələdə də zaman insana ən yaxşı gələcək məlhəmlər arasındadır.

3. Aldatıldığınızı öyrəndiyiniz ilk an..

Aldatıldığınızı öyrəndiyiniz ilk an..

Ən gözəl günləri, ən gözəl anları dolu-dolu doya-doya birlikdə keçirdiyiniz və hələ də daha çox sevdiyiniz şəxs tərəfindən aldadıldığınızı öyrəndiniz. Bu şok təsiri yaradacaq faktı ilk eşitdikdə, əlbəttə ki, başınızdan aşağı qaynar su tökülürmüş kimi hiss edərsiniz. Bəlkə ağlama krizisi, bəlkə də uzun sürəcək bir səssizliyin içinə girərsiniz və əlinizdə olmadan özünüzə daim soruşduğunuz bir sualla təkbətək qalarsınız.

4. "Buna layiq olacaq nə etmişəm?" deməkdən əl çəkin.

"Buna layiq olacaq nə etmişəm?" deməkdən əl çəkin.

Əlbəttə ki, böyük ehtimalla buna layiq olacaq heç bir şey etməmisiniz. Çünki hər kim, bir münasibətdə nə qədər böyük səhvlər edirsə etsin, heç vaxt aldatılmağa layiq olmur. Münasibətlərdə ilk növbədə tərəflərə düşən şey, əlaqəni qarşılıqlı bitirmək və ondan sonra yeni bir əlaqəyə başlamaq olmalıdır əlbət ki. Amma təəssüf ki, günümüzdə olduqca tez-tez qarşılaşdığımız aldatılma fenomeni insanların bəzən əl atdıqları bir qaçış yolu olur. Bu məsələdə də ən yaxşı köməkçiniz yenə özünüz və vaxt olacaqdır.

5. Öz özünə təlqin metodu

Öz özünə təlqin metodu

Hamımız insanıq və üzərində yaşadığımız dünyada başımıza müsbət və ya mənfi bir çox hadisə gəlir. Amma unutmayın ki, aldadılmaq dünyanın sonu deyil. Hər şeydən əvvəl daima güclü olduğunuzu öz beyninizə yeritmək lazımdır. Unutmayın ki, siz güclü bir insansınız. Bundan əvvəl necə tək başınıza hər şeylə baş etmisinizsə, bundan sonra da baş edə biləcək gücdə bir insansınız. Hətta o qədər güclüsünüz ki, sizə bunu yaşadan insan sizin qədər güclü olmadığı üçün "aldatmaq" yolunu seçib.

6. Həyatda hər kəs səhv edə bilər

Həyatda hər kəs səhv edə bilər

Unutmamalıyıq ki, hamımız insanıq. Və qarşı tərəfi nə qədər yaxşı tanıdığımızı düşünsək də, bu məsələdə də yanıla bilmə imkanımız var. Eyni zamanda həyat bu yaşadıqlarımız sayəsində də bizə bəzi şeyləri öyrədir və bizlər bu təcrübəmizlə bir az da böyüyərək güclənmiş oluruq. İndi yaralarımıza görə bunun fərqinə varmasaq da, çox yaxında daha da güclənmiş şəkildə ayağa qalxacağıq.

7. Yolunuzdan dönməyin və qazanan tərəf siz olun.

Yolunuzdan dönməyin və qazanan tərəf siz olun.

Ən əvvəldən bəri yolunuzdan dönmədən və sağlam addımlarla həyatına davam etməkdə olan siz, möhkəm xarakteriniz və güclü mövqeyinizlə bir daha özünüzü isbat etdiniz. Əsla unutmayın! Bu günün bir də sabahı var. Üzülməyin! Yalnız və yalnız irəliyə baxmağı üstün tutun. Üzünüzü çevirin və yalnız öz yolunuzda yeriməyə davam edin. Bilirik, bunu demək asandır, amma dəyərsiz və gücsüz insanlara daha nə qədər vaxt ayırmağı düşünürsünüz görəsən? Bir daha xatırlamalıyıq ki, baş verən heç nə boş yerə deyil. Bundan sonrakı münasibətlərinizdə sizə həqiqi mənada daha çox layiq olan bir insana doğru addım-addım yaxınlaşdığınızı unutmayın.

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)

Facebook Rəyləri



Kenquru İstifadəçilərinin Rəyləri