N.N.Obozov tərəfindən 1997-ci ildə hazırlanmış bu test, sizin iradənizin nə dərəcədə güclü olduğunu göstərəcək.

1. Başladığınız işi, hətta bu iş sizin üçün maraqsız olsa və işdən ayrılıb bir müddət sonra davam etmək şansınız olsa belə bitirmək ixtidarındasınızmı?

2. Sizin xoşlamadığınız/istəmədiyiniz bir şeyi etmək üçün daxili müqavimətinizi qırdığınız olubmu? (məsələn, istirahət gününüzdə işə çıxmaq)

3. İşdə(dərsdə) və ya məişətdə konfliktli situasiyaya düşdükdə, vəziyyətə maksimal dərəcədə obyektiv baxmaq üçün özünüzü ələ ala bilirsinizmi?

4. Səhər axşam planlaşdırdığınız kimi, həmişəkindən tez durmağa özünüzdə güc tapa bilirsinizmi?

5. Sizə xüsusi dieta yazılıbsa, ancaq dietaya uyğun yeməklər yeyərək, onu heç pozmaya bilərsinizmi?

6. Şahid ifadəsi vermək üçün hadisə yerində qalarsınızmı?

7. Məktublara(smslərə və s.) tez cavab verirsiniz?

8. Əgər qorxduğunuz bir hərəkət etməlisinizsə (məsələn, diş həkiminə getmək və ya təyyarə ilə uçmaq) özünüzü asanlıqla buna vadar edib və sonradan fikrinizi dəyişməyə bilirsinizmi?

9. Həkimin sizə yazdığı, lakin nifrət etdiyiniz bir dərmanı qəbul edərsiniz?

10. Sözünün üstündə duran insansınız?Hətta qızışıb verdiyiniz bir söz, sizə xeyli problem yaradacaqsa belə, sözünüzə əməl edəcəksinizmi?

11. Lazım olduğu halda heç tanımadığınız bir şəhərə iş səfərinə getməyə etirazsız razı olarsınızmı?

12. Günlük qrafikiniziə hər zaman tam əməl edirsinizmi?(məsələn, yuxudan oyanma, yemək yemə, ev işləri görmə vaxtı və s.)

13. Kitabxanaya borclu olanlara pis yanaşırsınızmı?

14. Hətta ən maraqlı televiziya verilişi belə sizi vacib və təcili işinizdən yayındıra bilməz. Bu belədirmi?

15. Qarşı tərəfin sözləri sizə nə qədər pis təsir etsə belə, münaqişəni dayandırıb bir söz belə deməyə bilərsinizmi?

İradənizin güclü olduğunu düşünürsünüz? Elə isə Testi keçməyə tələsin...

  1. Sənin nəticən: Güclü iradə!

    Siz güclü iradəyə sahibsiniz. Lakin unutmayın ki, siz cəmiyyətdə tək deyilsiniz. Kompromisə getmək, digərləri ilə razılaşmaq və güzəştə getmək işinizdə və münasibətlərinizdə yaxşı nəticələr verə bilər.

  2. Sənin nəticən: Zəif iradə!

    Sizin iradəniz zəifdir. Sizi fikrinizdən daşındırmaq çox asandır. Amma buna baxmayaraq, özünün "zəif cəhətlərini" bilmək insanı güclü edir. İradənizi gücləndirmək üçün öz üzərinizdə çalışın.

  3. Sənin nəticən: Normal iradə!

    Siz normal iradəyə maliksiniz. Hərdən güclü iradə göstərə, hərdən isə geri çəkilə bilirsiniz. Məhz bu xarakteriniz sizi digərlərindən önə aparır.

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)

Facebook Rəyləri

Kenquru İstifadəçilərinin Rəyləri