12 il fasilədən sonra qitə birinciliyinin finalına yüksələn Seleçao das Quinasın kapitanı növbəti dəfə komandaya necə lazım olduğunu nümayiş etdirdi.

Ronaldo Chris Coleman-ı tələyə saldı.

Cristiano oyunun birinci hissəsini çox sönük keçirdi. Əgər onun Uels millisində oynayan yoldaşı oyunda az da olsa, canlanma yaratmağa çalışırdısa, Ronaldo meydana çıxmamaqla bir fərq yaratmayacaqdı. O, qaçış məsafəsi, topa toxunma və ötürmə baxımından hamıdan geridə idi. Özünə fərdi rəqib kimi James Collins-i seçən portuqaliyalı ulduz mübarizələrdə ona uduzurdu.
İkinci hissədə meydanda tamam fərqli Cristiano Ronaldo var idi. Collins-in əvəzinə hədəf kimi digər iki mərkəz müdafiəçisini seçən hücumçu 3 dəqiqə ərzində oyunun  taleyini həll etdi. Əvvəlcə, 50-ci dəqiqədə künc zərbəsindən sonra cinahdan ötürülən topu başı ilə qapıdan keçirən oyunçu,Luis Naninin köməyi ilə  3 dəqiqə sonra qapıya endirdiyi kafi zərbəni məhsuldar ötürməyə çevirdi. Geridə qalan 40 dəqiqədə Portuqaliya inadla müdafiə olundu və Uels yığması Gareth Bale-ın uzaqdan endirdiyi zərbə ilə kifayətləndi ki, bu da öz növbəsində Portuqaliyanın finala adlaması ilə nəticələndi. 
Cristiano Ronaldo isə 12 ildən sonra, milli ilə ilk titulunu qazanmağa yaxındır. Qeyd edək ki, Portuqaliya millisi 10 iyul tarixində Parisin Saint-Denis stadionunda Almaniya-Fransa cütünün qalibi ilə görüşəcək. 

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)

Facebook Rəyləri



Kenquru İstifadəçilərinin Rəyləri