İyun ayının 28-də şəbəkə proyekti olan "Qəhrəmanlar bu gün"-ün iştirakçıları Rusiyanın futbol üzrə yığma komandasına meydan oxuyublar. Onlar öz çarxlarında Rusiyanı beynəlxalq futbol yarışlarında, milyonlar alan futbolçulardan fərqli olaraq, könüllü şəkildə təmsil etməyə hazır olduqlarını bildiriblər. Onlar həmçinin Yığmanı onlarla dostluq görüşü keçirməyə çağırıblar. Videoçarx bir neçə gün ərzində 700 000 -dən çox baxış alıb.

Burger King-in Rusiyadakı bölməsi Rusiya yığmasının həvəskarlarla oyununa hazırlıq mərhələsinin xərclərini ödəyəcəyini bildirib. 

Burger King öz təklifini professionallara deyil, həvəskarların komandasına edib. Buna görə də oyunun baş tutub-tutmayacağı hələ də sual altındadır. Xərcləri ödənməinin əvəzində isə Burger King, oyunun özünə sponsorluq etmək hüququnu almaq istəyir, təbii ki, əgər oyun keçirilərsə. 

Eyni zamanda yığmanın tamamilə yenilənməsinə həsr olunmuş petisiya 870 000 imza toplayıb. Petisiya artıq yuxarı səviyyədə dəyərləndirilib. Belə ki, 11 iyul tarixində Rusiyanın İdman Naziri Vİtaliy Mutko bu barədə açıqlama verib.

" Əlbəttə, (Petisiya)  müzakirə olunacaq - onu imzalayan insanların sayını da nəzərə alaraq. Bu ölkədə təkcə yığmanın deyil, həm də ümumiyyətlə futbolun vəziyyətinin göstəricisidir.

Bunu biz yeni komandanın formalaşdırılması və baş məşqçinin seçimi zamanı nəzərə alacayıq. Bununla ayaqlaşmaq lazımdır " -deyə V.Mutko öz çıxışında bildirib.

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)

Facebook Rəyləri



Kenquru İstifadəçilərinin Rəyləri