Pro Evolution Soccer ardıcıllığının yeni oyunu üçün dünya nəhəngi FC Barcelona ilə Premium partnerlik razılaşması imzalayan Konami oyuna dair ilk videonuda paylaşıb.

Futbol deyildiyində şübhəsiz ağıllara ilk gələn istehsallardan olan PES ardıcıllığının həyəcanla gözlənilən yeni oyununun nəşr olunmasına təxminən bir yarım ay müddət qaldı. Oyuna dair qrafik və süni zəka işlərinə sürət kəsmədən davam edən Konami, son açıqlaması ilə dünyanın ən böyük klublarından FC Barcelona ilə ən yüksək səviyyədə tərəfdaşlıq müqaviləsi imzaladığını bildirib.

Premium partnerlik adıyla bilinən müqaviləyə görə Konami komandanın futbolçularına və təsislərinə xüsusi giriş haqqı qazanacaq. Yəni bu PES 2017də Barselonanın stadionu və futbolçuları -Messi modelləməsindən aydın olacağı üzrə-çox daha həqiqi olaraq modellənəcək mənasını verir. Ayrıca Camp Nou Stadionundakı az qala hər müsabiqədə PES 2017də reklamları nəşr olunacaq və oyun içərisində futbolçuların qol sevincləri, komandanın pasa söykənən taktika anlayışı gerçəyə ən yaxın şəkildə hazırlanacaq. Üstləlik FC Barcelonanın klub marşı Himno oyuna əlavə olunarkən komandanın köhnə formaları və əfsanə heyətləri da PES 2017də iştirak edəcək.

Oyunun üz qapağında isə komandanın ulduz oyunçularundan Lionel Messi, Neymar, Luis Suarez, Ivan Rakitic və Gerard Pique-nin iştirak edəcəyi paylaşılan üz qapağı posterləri ilə birlikdə dəqiqləşdi. PES 2017-nin 13-15 sentyabr tarixlərində satışa təqdim edilməsi gözlənilir. Baxaq PES və FİFA arasındakı əzəli rəqabətin bu ilki qalibi kim olacaq ...

Mənbə: Donanım Haber

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)

Facebook Rəyləri



Kenquru İstifadəçilərinin Rəyləri