Dünya 1 nömrəsi olan Djokovic'in kariyerası müvəffəqiyyətlərlə doludur. Çıxdığı oyunların əksəriyyətindən qalibiyyətlərlə ayrılan Novakın onlarla Grand Slam birinciliyi var.

Novak Djokovic 22 may 1987 tarixində , ovaxtın Yuqoslavya dövlətinin Belqrad şəhərində dünyaya göz açmışdır. Sonrasında Yuqoslaviyanın adı rəsmi sənədlərdə dəyişdirildiyinə görə Serbiya-Qaradağ adına yarışmış, 2006-cı ildə Serbiya ilə Qaradağ ayrılandan sonra əslən serbiyalı olan Djokovic, bu tarixdən etibarən ölkəsi Serbiya adına yarışmağa başlamışdır.

Dünya 1 nömrəsi olan Djokovicin kariyerası müvəffəqiyyətlərlə doludur. Çıxdığı oyunların əksəriyyətindən qalibiyyətlə ayrılan Novakın onlarla Grand Slam birinciliyi var. İlk Grand Slamini 2008 ci ildə qazanan Djokovic 2011 ilinə qədər yarı-final , final görsə də Rafael Nadal və RogerFederer kimi rəqiblər qarşısında çətinlik çəkirdi. Üst səviyyələrdə qalıcıolmaq üçün fiziki olaraq güclü olmağın vacibliyini dərk edən Djokovic 2010 ilində öz proqramına uyğun olaraq dağlarda yaşamağa başlamış, soyuq havalaraqarşı dayanmağı öyrənmişdir. Bu proqram vasitəsi ilə fiziki olaraq güclənən Novak cəldliyini də inkişaf etdirmişdir.

2011 ilində baş tutan 4 Grand Slam turnirinin 3-nü qazanmağa nail olmuş Djokovic sadəcə olaraq Fransa Açıq turnirində qalib ola bilməmişdir. Bu ildə qazandığı  3 Grand Slam onun Roger Federer və Rafael Nadalı keçib dünya 1 nömrəsi olmasına kifayət etmişdir. 2012 ilində də yüksəlişini davam etdirən serbiyalı raket Avstraliya və Fransa Açıq Tenis turnirlərini qazanaraq 1 nömrəli yerini sağlamlaşdırdı. 2013ilində sadəcə 1 dəfə Grand Slam qazanmağı bacaran Novak Djokovic bir sonrakı ildə 2014 Fransa Açığı və Wimbledonu qazanaraq adından söz etdirmişdi. Təbii ki, həmin il Nadalın zədəli olması da Novakın işini asanlaşdırmışdı.

Qazandığı onlarla Grand Slamin yanındatoplamda 50-dən çox qələbəyə sahib olan Novak, Serbiya tarixinin ən yaxşı 10 idmançısından biri olaraq qəbul edilib. Bundan başqa Djokovic 2003 ilində profesional olduqdan sonra kariyerası ərzində bir çox baş məşqçi ilə bir yerdə çalışmışdır. Bunların arasında Dejan Petrovic , Ricardo Piatti , Marian Vajda,Mark Woodforde , Todd Martin və Boris Becker kimi isimlər var. Djokovic 2010 ilində Todd Martin ilə yollarını ayırdıqdan sonra 3 il ərzində baş məşqçisi olmadan çalışmış və bu müddət ərziındə səkkiz Grand Slam qazanaraq dünyada bir ilk etmişdir. Tək olduğu zaman kariyerasının ən parlaq zamanlarını yaşayan Novak 2013 ilində Alman məşqçi Boris Becker ilə çalışmağa başladığındahələ öyrənəcək və inkişaf etdirməli olduğu çox yönlər olduğunu vurğulamışdır.

Kariyerası boyunca çıxdığı yarışlarda toplam78 milyon dollarlıq mükafat əldə edən serbiyalı raket , bu sahədə dünyanın ənçox qazanan idmançılardan biri olmuşdur.

Verdiyi bir müsahibədə tək rəqəmli illərinkariyerası üçün önəmli olduğunu demişdir ki, statistikaya baxdıqda bunun doğrubir analiz olduğunu görə bilərik.  2007ili onun kariyerasında etdiyi ən böyük çıxış ili idi. Ayrıca 2011, 2013 və 2015ci illər də ən çox mükafat qazandığı illər olmuşdur.  

Novak Djokovic 2008 Pekin Yay OlimpiyaOyunlarında amerikalı James Blakei məğlub edərək bürünc mükafat sahibi olmuşdur. 

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)

Facebook Rəyləri



Kenquru İstifadəçilərinin Rəyləri