Obama administrasiyası bütün dünyadan gənc biznesmenləri Amerikaya cəlb etmək istəyir.

Bu gün Ağ Evin Xarici Biznesmenlər haqqında qaydaları açıqlanıb. Qaydalar startup sahiblərinə müddətli viza verilməsini asanlaşdırıb. Bunun üçün startup-lar bir neçə şərtə cavab verməlidir (məsələn, ABŞ investorları tərəfindən maliyyələşmək kimi).

Ağ Evdə "StartUp Vizası" adlanan vizanın şərtlərinə cavab vermək üçün biznesmenlər ABŞ startup-larından birində ən azı 15% paya malik olmalı, şirkətin inkişaf potensialını, amerikan investorların maliyyə qoyuluşlarını və "ABŞ-a nəzərəçarpan sosial faydasını" göstərməlidirlər.

Qayda, şərtlərə cavab verən startup sahiblərinə ABŞ-da 2 ilədək qalmağa imkan yaradacaq. Bundan sonra şirkət kifayət qədər inkişaf etdiyi və ABŞ-a sosial faydası (yeni iş yerlərinin açılması, investisiya qoyuluşlarının artması və s.) kifayət qədər olduqda, ABŞ-da əlavə 3 illik qalmaq üçün müraciət edə biləcəklər.

Ağ Evin Texnologiya və İnnovasiya üzrə əvəzedici Direktoru Tom Kalil və "Elm və Texnologiyalar Siyasəti" İdarəsindən Sahibkarlıq üzrə Direktor müavini Doug Rand qaydaların İqtisadi mənfəəti barədə qısaca yazıblar:

Xarici sahibkarlar üçün StartUp Vizasının yaradılması həmişə Prezidentin immiqrasiya reformalarının prinsiplərindən və 2013-cü ildə Senatda qəbul olunmuş immiqrasiya haqqında qanun layihəsinin də tərkib hissəsi olub. Qanunda dəyişikliklərin olmadığı bir vaxtda Administrasiya mövcud qanunlar çərçivəsində immiqrasiya sistemini mümkün qədər bərpa etmək istəyir. 2014-cü ildə Prezident tərəfindən elan edilmiş reformalar tam şəkildə həyata keçirildiyi təqdirdə, növbəti on il ərzində milli istehsalı 250 milyard dollaradək artıra, federal defisiti isə 65 milyard dollaradək azalda bilər.

İmmiqrasiya texnologiyanın inkişaf etdiyi istənilən cəmiyyətdə əsas problemlərdən biridir. Bir çox sahibkarlar hesab edirlər ki, sərt immiqrasiya qaydaları ABŞ-ı başqa ölkələrdən rəqabətdən saxlayır və innovasiyanın inkişafına mane olur.

Elə ayın əvvəlində yüzlərlə siyasətçi və sahibkarın Yeni Amerika İqtisadiyyatına Dəstək adı ilə İmmiqrasiya reformalarını tələb etmələri də bunu sübut edir.

Microsoft və Amazon kimi böyük şirkətlər xaricdən işçiləri əsasən H1-B vizaları ilə özlərinə cəlb edirlər. Lakin bu viza ancaq artıq əsası qoyulmuş şirkətlərə aiddir. Yeni qaydalar isə xarici sahibkarlara öz startup-larını ABŞ-da başlamaq imkanı yaradır.




Mənbə: www.geekwire.com/

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)

Facebook Rəyləri



Kenquru İstifadəçilərinin Rəyləri