Tuba Büyüküstün və Kıvanç Tatlıtuğ yeni bir serial ilə ekranlara qayıdır!

Uzun müddətdir ekranlarda görmədiyimiz iki nəhəng ad yeni serial ilə qarşımıza çıxmağa hazırlaşır.

Star Tv-də başlayacaq olan yeni serial Cəsur və Gözəl ilk hissə üçün geriyə saymağa başladı.

Serialın isə mövzusu belədir: Şəhər həyatından qopub qəsəbə həyatına qayıtmış yaraşıqlı bir adam o bölgədəki zəngin bir ailənin şirkət işlərinə baxan gözəl bir qız ilə tanış olur.Yaraşıqlı aktyorumuz Cəsur təxmin etdiyiniz kimi Kıvanc Tatlıtuğ, ailə şirkəti ilə məşğul olan gözəl Süphan xarakterini isə gözəl aktrisa Tuba Büyüküstün canlandırır.Bir-birinə ehtiraslı bir eşq bəsləyən bu cütlüyün bilmədiyi bir məsələ var ki, bu cütlüyün ailələri əslində düşmən ailələrdir.Cəsurun isə niyə şəhəri qoyub, kənd yerinə gəlib yerləşdiyi maraq mövzusudur.

Çəkilişləri bu günlərdə başlayan bu ecazkar seriaı oktyabr ayında tamaşaçısı ilə görüşə hazırlaşır.Serialın çəkilişləri isə İstanbul yaxınları və Çatalca kənd yerlərində aparılacaq.

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)

Facebook Rəyləri



Kenquru İstifadəçilərinin Rəyləri