Romada 96-180-ci illər “Övladlıq imperatorlar dövrü” adlanır. Çünki bu dövrdə hakimiyyətdə olan beş imperator xələflərinin övladlıq götürdüyü sərkərdələr idi. Bu imeratorlar Nerva (96-98), Trajan (98-117), Hadrian (117-138), Antonius Pius (138-161) və Marcus Aurelis (160-180) olmuşdur.

     Övladlıq imeratorların bu 84 ilinə Romaimperatorluğunun “Pax Romanası”nın nirvanası da deyə bilərik. “Pax Romana” nədir?Latın dilindən tərcüməsi “Roma barışı” deməkdir. E.ə. 27- b.e. -180-ci illəriniəhatə edir. “Pax Romana”ya keçid Julius Caesarın (Jüli Sezar) övladlıq oğluGaius Octaviusun hakimiyyəti dövründə olub. Lakin az əvvəl də qeyd etdiyimkimi, “Pax Romananın nirvanası” Övladlıq imeratorlar dövründə olmuşdur. Bu dövdəhakimiyyətdə olan imperatorların hakimiyyətə gəlmə yolları  sələflərindən və xələflərindən fərqli idi.Beləki, adətən, Romada imeratorlar öldürülərək yeni imperator hakimiyyətə gəlirdisə,bu dövrdə hakimiyyət dəyişikliyi dinc yolla həyata keçirilirdi. Və hakimiyyətatadan oğula deyil, imperatorun övladlıq seçdiyi şəxsə keçirdi.

     Bəzitarixçilər bu dövrü Roma imperatorluğunun ən yükəsk səvəyyəsini Övladlıqimperatorlar dövrü olduğunu qeyd edirlər. Lakin bunların əksinə, bəzi tarixçilər,xüsusilə, Edvard Gibbon bu dövrü imperatorluğun çöküşünün başlanğıcı olaraq qəbuledir.

     “Övladlıq imperatorlar dövrü”nün ilkimperatoru Marcus Cocceius Nerva olmuşdur. O, 96-98-ci illərdə Romanı idarəetmişdi. Domitian sui-qəsd nəticəsində öldürüldükdən sonra imperator seçildi. İmperatorNerva “Nerva-Antoninlər xanədanlığı”nın da ilk imperatoru oldu.

     Nerva imperator olduqdan sonra bir sıra tədbirlərhəyata keçirdi. Vətənə xəyanətdən həbsə atılanları sərbəst buraxdı. SələfiDomitianın sürgünə göndərdiklərini bağışladı və ,hətta, müsadirə edilmiş mülklərinigeri verdi. Nerva hakimiyyətini möhkəmləndirmək üçün “Senat”ı münasibətləriyaxşılaşdırdı. Buna baxmayaraq, Domitianın tərəfdarları onun ölümündə Nervanıgünahlandırırdılar. Buna görə də, imperator sarayını mühasirəyə aldılar vəNervanı əsir götürdülər. Nerva Domitianın ölümündə əli olduğunu qəbul etsə dəDomitianın qatilləri kimi Pertonius və Partheniusun öldürülməsi onu xilas etdi.

     Nervanın övladı olmamışdı. O, “Övladlıqimperator” ənənəsini davm etdirərək güvəndiyi sərkərdəsi Trajanı övladlıqgötürmüşdü. Və, beləliklə, 98-ci ildə Nerva öldükdən sonra övladlığı Trajanhakimiyyətə gəldi.

     98-117-ci illərdə imperator olan TrajanRomanın ən sevilən imperatorlarından biri olmuşdu. Trajan əslən ispan idi. Onundövründə Roma ərazisi Dunay çayından Daciaya (Ruminiya) qədər, oradan daMesopotomiya ərazilərinə qədər idi.

     Roma üçün Dacianın işğalı çox vacib idi.Çünki o dövrdə Romanın sahib olduğu sərvətin səbəbi burada olan qızıl mədənləriidi. Trajan Ərəbistan, Ermənistan və Part (İranın şimal-şərqi) imperatorluğunuişğal etmişdi. Bu səbəbdən onu İmperatorların Ən Yaxşısı (Optimus Princeps)adlandırırdılar. Həmçinin, Dacianın işğalından sonra onu “Dacia Fatihi” dəadlandırırdılar.

     Trajanın hakimiyyəti dövründə Romada üç aydavam edən qladyator festivalı olmuşdu. Festivalda 11000 qladyator ölmüşdü.Bunların əksəri yəhudilər və günahkarlar idi.

     Hər nə qədər ədalətli dövr adlandırsalarda Romada yəhudilərin  ən çox öldürüldüyüdovr də məhz bu dövr olmuşdu.

     “Övladlıq imperatorlar dövrü”nün üçüncüimperatoru Hardianus (117-138) olmuşdu. İmperator Hardianus sələfi Trajanın həmövladlığı, həm də bibisinin nəvəsi idi. Bəzi tarixi qeydlərdə Trajanın heç vaxtHadrianusu rəsmi varisi qeyd etmədiyi yazılır. Əslində, Hadrianus Trajanınarvadı lotina tərəfindən hakimiyyətə gətirilmişdi.

     Hadrianus Yunan mədəniyyətini çox sevirdi.Ümumiyyətlə, Hadrianusa  Səyyah İmperatordeyə bilərik. Çünki ömrünün çox hissəsini səyahətlərdə keçirmişdi. Beləki,Britaniya, Fələstin, İran, Anadolu və sevimli ölkəsi Yunanıstan onun səyahətetdiyi ölkələrdən bir neçəsidir. Buna baxmayaraq, imperator ömrünün son iliniRomada keçirmişdi.

     Yəhudi üsyanları ən çox onun dövründəolmuşdu. Həmçinin, 117 km uzunluğu olan “Hadrian divarı” da onun dövründə inşaedilmişdi. Divarın orta hissəsi UNESCO-nun Dünya Mirası siyahısındadır.

     Hadrianın xələfi Antoninus Piusun dövrü(138-161) digərlərinə görə sakit keçmişdi. Bəlkə də bu səbəbdəndir ki, Piusundövrü haqqında geniş məlumat yoxdur.

     Piusun ölümündən sonrakı dövr müştərək imeratorluq dövrüdür. Belə ki, MarcusAurelius və Lucius Verus imperatorluğu birlikdə idarə etməyi qəbul etmişdilər.Lakin sonralar həm daha gənc, həm də tanındığı üçün imperatorluğu  Marcus Aurelius idarə edirdi. Bu  dövrdə imperatorluğun qərbində almantayfalarının hücumu artmışdı.

     Aurelius fəlsəfəni çox sevirdi. Hətta gözəlhəyat haqqında yazdığı “Meditations” kitabının bir hissəsini ordunun başında səfərərəfəsində yazmışdı.

     Bu dövrün çin qaynaqları 166-cı ildə Romaelçilərinin çində olduğunu qeyd edirlər. Buna istinadən Çinlə əlaqələrin ilk dəfəAureliusun dövründə yarandığını deyə bilərik. Lakin həmin dövrün Romaqaynaqları belə bir faktı təsdiqləmir.

     Marcus Aurelius 180-ci ildə indiki Viyana ərazisindəölür. Onun ölümü ilə “Övladlıq imperatorlar dövrü” sona çatır. Çünki o öz yerinədoğma oğlu Commodusu imperator təyin edir.

     Ümumilikdə götürdükdə, qısa bir dövrü əhatəetsə də “Övladlıq imperatorlar dövrü”nü Roma tarixinin ən ədalətli dövrü adlandırırlar. Düşünürəm ki, hakimiyyətatadan oğula deyil, bacarıqlı, xalqın dilindən anlayan sərkərdələ keçdiyi üçünbelə adlandırılır. İstər hökmdarları, istər “Senat” ilə münasibəti, istər qonşuimeratorluqla münasibətləri ilə, istərsə də “ədalət” anlayışları ilə “Övladlıqimperatorlar dövrü” Roma tarixinin ən maraqlı səhifələrindəndir.

İsmet Abbas

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)

Facebook Rəyləri



Kenquru İstifadəçilərinin Rəyləri