Qan donduracaq mənzərələr

Coventry City, David Busst

1996-cı il, apreldə David Basst Manchester United oyunçusu Denis İrwin ilə toqquşur və onun ayağı sınır.  Basst-ın ayağı sınır, meydanı təmizləməyə 12 dəqiqə, Peter Schmeichel-ə psixoloq, Basst-a isə sağalmaq üçün 26 əməliyyat lazım olur. 

Arsenal, Eduardo Da Silva

Eduardo Da Silva Birmingham City ilə oyunda zədələnir, həkimlər zədəni sağaltmaq üçün meydanda 8 dəqiqə, meydandan kənarda isə 1 il sərf edirlər. 

Manchester United, Alan Smith

Liverpul oyunçusu Riisenin sərbəst zərbəsini dəf edərkən, Alan Smith zədələnir və 7 ay meydanlardan kənarda qalır. 

Borussia Mönchengladbach, Ewald Lienen

Futbol tarixinin ən dəhşətli zədəsi sayılır. Lienen 25 sm uzunluğunda kəsik alır və ağrıya rəğmən, rəqib komandanın baş məşqçisinin üzərinə şığıyır və onu oyunçuları müvafiq tapşırığı verməkdə ittiham edir. 

Cruz Azul, Edgar Andrade

Cruz Azul oyunçusu mübarizə zamanı topa yiyələnmək istəyərkən ayağı burxulur və dəhşətli nəticəni özünüz izləyin. Bu zədə üzündən 25 yaşlı oyunçu 3 ay buraxmalı olur. 

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)

Facebook Rəyləri



Kenquru İstifadəçilərinin Rəyləri